Polşa Ekstraklassasında 22-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasının geyindiyi LKS də növbəti matçına çıxıb.
Rahilin komandası səfərdə "Poqon"la üz-üzə gəlib. Oyun qonaqların 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydana start "11-lik"də çıxan Məmmədov sonadək mübarizə aparıb.
Qeyd edək ki, 10 xalı olan LKS turnir cədvəlinin sonuncu - 18-ci pilləsindədir.