11:00 02.03.2024 749

Mahir Emreli Fanat.Az-a danışdı: "Millinin uğuruna ölkəmizin ehtiyacı var"

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo Zaqreb" klubunun forvardı Mahir Emreli qışdan bəri zədədən əziyyət çəkir. Onunla əlaqə saxlayıb həm hazırkı durumu, həm də baş məşqçi axtarışında olan yığma ilə bağlı fikirlərini öyrəndik.

Mahirin Fanat.Az-a müsahibəni təqdim edirik:

- Sanki baş məşqçi Sergey Jakiroviç sizə o qədər də güvənmir. Onunla münasibətləriniz nə yerdədir?
- Baş məşqçi güvənir. Niyə güvənməsin? Burdakı oyun sayları onu deməyə əsas verir ki, diqqət göstərir. Ümumi götürsək, münasibətim yaxşıdır.

- İndiki baş məşqçi sizə az şans versə də, son məlumata görə qış fasiləsində Türkiyə klublarından birinə keçməyinizə razı olmayıb. Bu nə dərəcədə doğru məlumatdır?
- Qış fasiləsində yox, yayda mövsüm başlayan zaman bu hadisə olub. Mən getməyə isti baxırdım. Ancaq o, açıq danışaraq dedi ki, qoymayacam gedəsən. Ondan sonra oynadım. Qollar və məhsuldar ötürmələr etdim. Ümumi götürsək, hər şey əvvəlki sezona nisbətən pis keçmədi.

- Zədənizlə bağlı müxtəlif fikirlər səsləndirilir. Nə zaman yaşıl meydanlara qayıda biləcəksiz?
- Zədəm həqiqətən ağırdır. Hazırda özümü yaxşı hiss edirəm. Həm komanda ilə, həm də fərdi olaraq məşq edirəm. Önəmli olan ağırların olmamasıdır. Həkim heyəti çalışır ki, tez bir zamanda meydana qayıdım.

- Millinin Millətlər Liqasındakı rəqiblərini necə dəyərləndirirsiz?
- Deyə bilərəm ki, çətin qrupa düşmüşük. Maraqlı rəqiblərdir. Düşünürəm ki, yaxşı nəticələr əldə etmək olar. Amma rəqiblərin gücü də hamıya məlumdur.

- Millinin baş məşqçisi hələ də müəyyənləşməyib. Bu yubanma sizə necə təsir edir?
- Bu məsələ artıq bizə aid deyil. Onu federasiya özü qərar verəcək. Biz gözləyirik ki, milli oyunlar olsun və əlimizdən gələni edək. Millinin uğuruna ölkəmizin ehtiyacı var. Çalışmalıyıq ki, yaxşı nəticələrlə azarkeşləri sevindirə bilək. Ümid edirəm ki, bunu bacara biləcəyik.

Nahid Ustaclı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X