"Bayern Münhen" Çempionlar Liqasının 1/8 finalında cavab görüşü çərçivəsində evdə "Latsio"nu sınağa çəkib.
Fanat.Az xəbər verir ki, ilk görüşdə rəqibinə 0:1 uduzan Almanniya nəhəngi doğma meydanda bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
Rəqibinə 3 cavabsız qolla qalib gələn "Bayern"in heyətində Harri Keyn dubl edib. Daha bir dəfə isə Tomas Müller fərqlənib.
Görüşün videoicmalını təqdim edirik: