"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Kopenhagen"i 3:1 məğlub etdikləri oyunu qısa şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
“Rəqibin qapısına yaxınlaşmaq çətin idi, çünki onlar yaxşı təşkilatlanlanmışdılar. Müdafiədə dörd və ya bəzən beş oyunçu ilə mübarizə aparırdılar. Biz qalib gələcəyimizə inanan komandayıq. “Real Madrid” və “Bayern Münhen” ilə rəqabət aparırıq.
Bilmirəm 1/4 finalda kiminlə qarşılaşacağıq, bunu gözləmək lazım gəlir. Əhəmiyyətli olan odur ki, yeddi ildir ardıcıl olaraq 1/4 finaldayıq”.
Mirağa