"Real Madrid" tarixi ərzində 20-ci dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, Karlo Ançelottinin komandası 1/8 final mərhələsinin cavab matçında "Leypsiq"lə heç-heçə edərək ümumi hesabdakı üstünlüyə (2:1) görə növbəti mərhələyə adlayıb.
Tarixində 20-ci dəfə Çempionlar Liqasının 1/4 finalında iştirak edəcək "Kral klubu" bu göstəricidə yalnız "Bayern Münhen"dən (22 dəfə geri qalır).
İlk "3-lüy"ə həmçinin “Barselona” da (18) daxildir ki, kataloniyalılar “Napoli”ni keçərsə, 1/4 finala yüksələ bilər. İlk oyun 1:1 hesabı ilə başa çatıb, cavab görüşü martın 12-də Barselonada baş tutacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin ən uğurlu iştirakçıları arasında həm də “Mançester Yunayted” (14), “Çelsi” (12) və “Yuventus” (12) da var.