Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər bilinib.
Fanat.Az xəbər verir ki, UEFA-nın açıqladığı siyahıda 4 futbolçu yer alıb.
Bunlar Antuan Qrizmann (“Atletiko Madrid”), Rafinya (“Barselona”), Fil Foden (“Mançester Siti”) və Martin Odeqard (“Arsenal”) olub.
Qrizmann "Borussiya Dortmund" ilə matçda 1 məhsuldar ötürmə (2:1), Foden "Real Madrid" ilə oyunda 1 qol (3:3), Rafinya PSJ ilə görüşdə 2 qol (3:2) ilə yadda qalıb, Odeqar isə "Bayern" ilə (2:2) matçda performansı ilə diqqət çəkib.