Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qapılara 18 qol vurulub.
Fanat.Az xəbər verir ki, bu, 1/4-in ilk oyunları üzrə performans rekordunun təkrarıdır.
"OptaJoe" portalının hesablamasına görə, 2010/11 mövsümündə də eyni sayda qol vurulub.
Bu həftə keçirilən 4 qarşılaşmada bu nəticələr qeydəalınıb: "Real Madrid" - "Mançester Siti" (3:3), "Arsenal" - "Bayern Münhen" (2:2), "Atletiko Madrid" - "Borussia Dortmund" (2:1), PSJ - "Barselona" (2:3).