"Barselona"nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə qarşı keçirdikləri ilk oyunun (3:2) nəticəsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri təcrübəli mütəxəssisin dediklərini belə təqdim edib:
“Komandamıa fəxr edirəm. İndi sevinmək vaxtıdır. PSJ hələ də favoritdir. Biz ona öz oyununu tam oynamağa imkan vermədik və cinahlara getməyə məcbur etdik. Təzyiq yaxşı idi, çox yüksək idi, xüsusən də birinci hissədə. Bu komandaya qarşı müdafiə olunmaq çox çətindir, amma biz əla iş gördük.
Futbolçular inanırlar. Belə oynamağa davam etsək, yarımfinala çıxmaq şansımız olacaq. Amma hələ heç nə edilməyib. Komandanın işindən razıyam, bununla fəxr edirəm, amma Barselonada bizim üçün çətin olacaq. Bəli, deyə bilərik ki, “Barselona” sağdır, yaşayır”.
Qeyd edək ki, komandalar cavab matçını aprelin 16-da keçirəcək.