11:08 21.10.2014 470

"Xəzər Lənkəran"ın 450-ci qolu

Topaz Premyer Liqasının VIII turunun “Bakı” ilə oyunu iki futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub. Fanat.az xəbər verir ki, Alfred Sanko və Elnur Cəfərov "Bakı" ilə oyunda karyeralarında ilk dəfə “ağ-yaşıllar”ın heyətində qol sevinci yaşayıb. 


4:0 hesabı ilə başa çatan qarşılaşmayadək 92 oyunçu “Xəzər Lənkəran”da qol vurmuşdusa, bu rəqəm 94-ə çatıb. Sanko bu siyahıda 62-ci legioner, Cəfərov isə 32-ci yerli futbolçudu.

 

Elnur həm də klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc istedad yalnız komandanın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb. Kapitanı 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə kubokun - 2006-cı il noyabrın 20-ndə “Bakılı” (4:0) ilə matçına təsadüf etmişdi. Rahid Premyer Liqadakı ilk topunu isə cəmi 6 gün sonra - 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub. Həm çempionat, həm də ümumilikdə ən gənc qol müəllifi olan Əmirquliyevi keçmək üçün Cəfərova 4 ay kifayət etməyib. Ən gənc qolçular arasında 3-cü pillədə isə 18 yaş 4 ay 2 günlüyündə rəqib qapısına yol tapan Vüqar Nadirovdu. 2005-ci il oktyabrın 15-də kubokun “Şərur”la (9:0) oyununda fərqlənib.

 

Elnurun vurduğu qol həm də "Xəzər Lənkəran"ın 450-ci çempionat qolu kimi tarixə düşüb. Maraqlıdı ki, ötən il vurulan 400-cü qol da “Bakı” ilə Lənkərandakı matça təsadüf etmişdi.

 

2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” 450-ci qolunu 309-cu qarşılaşmasında vurub. Bu matçda daha bir dəfə qol sevinci yaşayan komanda bu rəqəmi 451-ə də çatdırıb. Bu qollardan 259-u evdə, 191-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda - Gəncədə vurulub.

 

Çempionatdakı yubiley qolları

 

1. 07.08.2004 “Turan” - “Xəzər Lənkəran” - 1:1 Çöri İlir, 26

50. 03.05.2005 “Xəzər Lənkəran” - “Ədliyyə” - 6:1 Martin Stankov, 36

100. 29.09.2006 “Gənclərbirliyi” - Xəzər Lənkəran“ - 0:3 İlqar Qurbanov, 8

150. 02.09.2007 ABN - “Xəzər Lənkəran” - 0:4 Zaur Ramazanov, 14-p.

200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” - 0:4 İvan Svetkov, 34-p.

250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” - 0:3 İvan Svetkov, 57-p.

300. 20.02.2010 “Xəzər Lənkəran” - AZAL - 2:1 Elnur Abdullayev, 45+2

350. 01.04.2012 “Xəzər Lənkəran” - “İnter” - 2:0 Eder Bonfim, 90+2

400. 14.09.2013. “Xəzər Lənkəran” - “Bakı” - 2:1 Etame Mbilla, 27

450. 19.10.2014. “Xəzər Lənkəran” - “Bakı” - 4:0 Elnur Cəfərov, 43

 

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.


lankaranfc.com

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X