12:02 15.04.2019 1187

Kanadada “Qarabağ” klubu yaradıldı

Kanadanın Torondo şəhərində bir qrup azərbaycanlı gənc "Qarabağ” adlı  futbol klubu yaradıb.

Fanat.Az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, klub 2018-ci ildə təsis olunub və ilk olaraq futbol komandasına 20 nəfər azərbaycanlı daxil olub.

"Bu gün dünyanın dörd bir yanında azərbaycanlılar yaşayır və onların uğurlarının şahidi oluruq. Məsafəcə ölkəmizdən çox uzaq olan Kanadada, o cümlədən Torontoda məskunlaşan soydaşlarımız, buradakı Azərbaycan cəmiyyətinin üzvləri vaxtaşırı maraqlı tədbirlər təşkil edir, yaşadıqları cəmiyyətə inteqrasiya olmaq üçün yerli təşkilatlarla da sıx əlaqələr qururlar.

Kanadada yaradılan "Qarabağ” futbol klubunun fəaliyyəti də məhz o baxımdan əhəmiyyətlidir ki, futbol idman olsa da, həm də ideoloji oyundur. Məhz bu yolla xaricdəki soydaşlarımız bir-birinə daha da yaxınlaşa, bağlarını sarsılmaz edə və Azərbaycanı tanıda bilərlər” – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, futbol klubunu yaradan gənclər Kanadanın Vaterloo Universitetində təhsil alanda da "Qarabağ” adı altında futbol komandası yaradıb və həvəskar kimi çıxışlar ediblər.
 
Artıq yeni yaradılan "Qarabağ” 3 mindən çox üzvü olan "Toronto Soccer Connection” təşkilatının tərkibindəki liqaya qoşulub.

Klubun yaradıcıları ad üzərində düşünəndə, Azərbaycanın ən uğurlu klublarından biri olan "Qarabağ”ın adını öz klublarına da verməyə qərar verib və bunu ən doğru seçim hesab ediblər.

"Qarabağ” futbol klubu artıq Torontoda tanınır və indi komandaya Azərbaycan, Türkiyə, Fransa, İrlandiya, Albaniya, Yaponiya və başqa ölkələrdən gələn gənclər də daxildir.

"Klubun təmsilçiləri bildirirlər ki, "Qarabağ” futbol klubu təkcə ölkəni və milləti tanıtmaq üçün deyil, həm də icma daxilində qardaşlıq və əməkdaşlıq üçün bir vasitə rolunu oynayır. Artıq bu təşəbbüsümüz bizi Torontodakı başqa həmyerlilərimiz və futbolsevərlərlə birləşdirib. Bunun davamı olaraq biz yeni və fərqli təşəbbüslərlə də çıxış edəcəyik. Ümid edirik ki, hər bir addım bizim birliyimiz üçün dəstək rolunu oynayacaq” – deyə məlumatda qeyd olunur.

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X