23:24 12.08.2021 700

"Neçə vaxtdır yaxşı bir hücumçu almaq istəyirik" - Tahir Gözəl

"Qarabağ”ın prezidenti Tahir Gözəl evdə Kipr AEL-inə 1:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. 
 
Fanat.Az xəbər verir ki, Ağdam klubunun rəhbəri bunları söyləyib:
 
"Bu, Qarabağın azad edilməsindən və sahibinə qaytarılmasından sonra Avropada ilk mövsümümüzdür."Qarabağ"ın əvvəlki və indiki missiyaları bir-birindən fərqlənir. Bu oyun mənim çox böyük diqqətimdə idi. Klub olaraq, büdcəmizlə yanaşı, mənəvi dəyərlərimiz də onlardan üstün idi. Nəyi nəzərdə tutduğumu bildiniz. Çox sevindim. Axıra doğru oyun canlandı. "Qarabağ" və futbolçularının təcrübəsi öz sözünü dedi. Nəticədə qələbə qazandıq. Çox sevindirici haldır ki, yolumuza davam edir, artıq Qarabağın sahibləri olaraq, Avropada mübarizəmizi sürdürürük. Bu, çox dəyərli və qiymətlidir. Həm də COVID-19-dan, oyunlara təkbaşına tamaşa etməkdən yorulmuşduq. Bu günkü təşkilatçılığı, azarkeşlərin, "İmarət" fan-klubunun fəaliyyətini yüksək qiymətləndirirəm. Fikrimcə, stadionda 15 minədək tamaşaçı var idi. 1,5 ildir ki, biz onlara həsrət qalmışdıq. Bu gün dadına doyduğumuz futbol hadisəsi yaşadıq. Düzdür, hücumçuya ehtiyacımızın olduğunu oyuna baxanda açıq-aşkar görürəm. Amma hadisə olaraq yanaşdıqda biz bir futbol günü və qalib gəldiyimiz üçün futbol təntənəsi yaşadıq. Mən buna çox sevinirəm.
 
Görürsünüz ki, dünyada futbol hər il çətinləşir, klubların büdcələri "şişir". Bir neçə gün öncə baş məşqçimiz Qurban Qurbanovla birgə iclas keçirdik. Doğrudan da, heyətə yaxşı futbolçu cəlb etmək hər gün çətinləşir. Neçə vaxtdır yaxşı bir hücumçu almaq istəyirik. Çox böyük çətinliklər çəkirik. Bütün bunlara baxmayaraq, inanıram ki, "Qarabağ" yaxşı oyunlar sərgiləyəcək”.
 
Gözəl Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün ideal vəziyyətdə olmamasına da münasibət bildirib:
 
"Həqiqət budur ki, stadionun vəziyyəti heç də yaxşı deyil. Çox çətin oldu. Burada əsas drenajlar çatışmır. Layihə qurularkən səhvə yol verilib. Əslində "Qarabağ"ın öz stadionu "Azersun Arena" Azərbaycanda ən gözəl, ən yaxşı arenadır. Lakin təəssüf ki, parkinq və digər lazımi imkanlar olmadığından, avrokuboklardakı rəqiblərimizi öz meydanımızda qəbul edə bilmirik. Çünki həmin vaxt nəzərimizdə bunlar yox idi. Amma Respublika stadionunun mütləq nəzarət altına alınaraq, dövlət investisiyası ilə düzəldilməsi lazımdır. Növbəti ev oyunlarımızın başqa stadionda keçirilməsinə gəlincə, bunu hələ öz aramızda məsləhətləşməmişik”.
 
Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X