"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov tutduğu vəzifədən istefa verib.
Fanat.az xəbər verir ki, gənc mütəxəssis qərarını Azərbaycan Premyer Liqasının III turunda evdə "Keşlə"yə 0:4 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında açıqlayıb:
"Oyun haqda danışmayacağam. 2011-ci ildən "Qəbələ”dəyəm, təcrübəli mütəxəssislərlə çalışmışam. Bütün rəhbərliyə təşəkkürümü bildirirəm. Uzun illər idi buradaydım, bu klub mənim üçün doğmalaşıb. Avropa Liqasının qrup mərhələsində çıxış etdik, ilk titulumuzu qazandıq. Bu şəhər mənim üçün doğmadı. Fariz Nəcəfov başda olmaqla hər kəsə minnətdaram. İstefa verirəm”.
Qeyd edək ki, bu cari mövsümdə ilk baş məşqçi istefası olub.
Fanat.az