13:45 04.08.2021 824

“Sülh”ə yaraşıq verən qollar: "Neftçi" - HİK

Çempionlar Liqasında yarışmağın üstünlüyü ondadır ki, bir mərhələ keçməklə Avropada yolun uzanır. "Neftçi” də Tbilisi "Dinamo”sunu adlayıb özünə "bonus” qazandırmışdı. Həm də təkcə Avropa Liqasında yox, Konfrans Liqasında da yoluna davam etmək imtiyaz əldə etməklə. "Olimpiakos” səddində ilişən "ağ-qaralar” hələlik (bəlkə sona qədər) ikinci dərəcəli turnirdə mübarizəni davam etdirir. Finlandiya çempionu HİK-i yenib AL-ə uğurlu start vermək istəyirdilər. Əslində, "Fənərbağça” və Konfrans Liqasındakı potensial favorit olan Hayfa "Makkabi”sinə baxanda, Finlandiya təmsilçisi HİK münasib rəqibdi. "Neftçi” əsas gücünü məhz helsinkililərlə duelə yönəltməliydi... 

Heyətdə cəmi bir dəyişiklik edilmişdi. Baş məşqçi Samir Abasov yunanlarla oyunu böyük ölçüdə məhv edən Ömər Buludova bu dəfə şans verməyi lazım bilməmişdi. Belədə oyunçuların düzülüşündə bir neçə yerdəyişmə baş vermişdi. Müdafiənin sağ cinahı Kaneyə etibar olunmuş, Xəyal Nəcəfov isə onun mövqeyində qərarlaşmışdı. Onu da əlavə edək ki, Mirabdulla Abbasov son günlər özünü narahat hiss etdiyindən məşq buraxmış, belədə hücumda yenə Harramiz yer almışdı. Forvard yalnız sona 14 dəqiqə qalmış oyuna qoşula bildi. 

"Olimpiakos”la ikinci görüşdə nisbətən yaxşı təsir bağışlayan flaqmana bəslədiyimiz "oyundan oyuna artırır” inamı ilk dəqiqələrdən "suya düşdü”. Düzdür, "ağ-qaralar” zaman-zaman ərazi üstünlüyü qazanırdı. Bununla belə, adi vəziyyətlərdə buraxılan səhvlər, komandanın hücumda çoxala bilməməsi, oyunda sabitliyin çatışmaması problemin hələ də qaldığına dəlalət edirdi. Flaqmanın hər iki qolu isə iki futbolçunun fərdi ustalığının Sabir Buqrinlə kapitan Emin Mahmudovun benefisi sayılmalıdı...  

Aqil Məmmədovun erkən əvəzlənməsi matçda qırılma nöqtəsi ola bilərdi. Qeyri-müəyyən vəziyyətdə zədələnən və əvəzlənməsini istəyən qapıçı yerini gənc həmkarına verdi ki, Kamran İbrahimov U-21-dəki səhvlərinə görə "saatlı bomba” kimi tanınır. Adətən, sonrakı çıxışı oyuna necə qoşulmasından asılı olur. Hadisələri qabaqlayaraq qeyd edək ki, 31-ci dəqiqədə möhtəşəm seyvi çox vacib idi və bu, onda özünəinam yaratdı. Buraxılan qollarda isə onu günahlandırmaq insafsızlıq olar.

Sanki "Neftçi”yə ilk yarının sonunda qol vurmaq tapşırığı verilmişdi.  37-ci dəqiqədə ən təhlükəli epizodu Xəyalın ifasında seyr etdik. Yarımmüdafiəçi bu epizodda fərqlənməyə borclu idi. Ancaq o, cərimə meydançasında Harramizin qısa ötürməsinə qeyri-dəqiq zərbə endirdi. 40-cı dəqiqədə künc zərbəsindən sonra Stankoviç fərqlənməyə yaxın oldu. Hamıdan yüksəyə tullanan müdafiəçinin baş zərbəsi hədəfdən azacıq yayındı. 

İkinci hissədə üstün olan tərəf meydan sahibləri idi. 53-cü dəqiqədə Lavalın qüvvətli zərbəsindən sonra top toru yandan silkələdi. 59-cu dəqiqədə isə "Neftçi” əla kombinasiyadan sonra Buqrinin möhtəşəm qolu ilə hesabı açdı. Ancaq "ağ-qaralar" qol vurmağına peşman oldu. Heç iki dəqiqə keçmədi ki, HİK bərabərlik qolu ilə tribunalara su çilədi. Qonaqların heyətində sonradan oyuna qoşulan Riku Riski fərqləndi. O, müdafiədəki panikadan yararlanıb toru silkələdi. 65-ci dəqiqədə isə Finlandiya təmsilçisinin heyətində Jair qarmaqarışıqlıqdan istifadə edib toru silkələdi və özünə ad günü hədiyyəsi etdi - 1:2.
Hesabda geri düşdükdən sonra Samir Abasov riskə əl atdı. Fəhminin və Mirabdullanın oyuna qoşulması ilə hücumların kəsəri artdı. 76-cı dəqiqədə Buqrinin hiyləgər vuruşu az qala qolla nəticələnəcəkdi. Rəqib qapıçı topu barmaqlarının ucu ilə tirin üstündən aşırdı. Ancaq 80-ci dəqiqədə "Neftçi" duran topdan hesabı bərabərləşdirdi. Emin cərimə zərbəsindən baxımlı qola imza atdı - 2:2.

"Neftçi” ilk oyunda uduzmadı, ancaq işini çətinləşdirdi. HİK-in cavab görüşünü evdə, alışdığı süni örtüklü meydanda, bir sözlə, üstün şərtlərlə keçirəcəyini nəzərə alsaq, flaqman avqustun 12-də xeyli əziyyət çəkməli olacaq. Yaxşı xəbər odur ki, cəzalı Mərt Çelik artıq sıraya dönəcək. Bundan başqa, müdafiəçi Hüqo Basto da səfər oyununda debüt şansı qazana bilər. 

Mirağa Mirzəyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Aprel 2024
18:16

MPL: "Neftçi" fərqi artırdı - YENİLƏNİR 

17:54

Adil Şükürov önəmli qələbəni belə şərh etdi

17:41

PSJ-dən 5 illik yeni müqavilə

17:10

"Nyukasl"dan rekord - Premyer Liqa tarixində bunu bacaran olmamışdı

16:37

"Qẹbələ" azarkeşlərindən rəqib futbolçuya isti műnasibət - FOTO

16:29

"Bayern"də qalmaqal: Tuxellə klub prezidenti arasında münaqişənin detalları bilindi

16:11

Ürfan Abbasova xüsusi hədiyyə təqdim edildi

15:50

Millimiz Belarusda qalib gəldi

15:26

Naçonun yeni klubu bilindi - Bundesliqada oynayacaq

15:00

Məşhur agent PSJ rəhbərliyinə 2 müştərisini təklif etdi - Mpappenin yerinə 

14:36

Azərbaycan avarçəkəni Olimpiya Oyunlarına lisenziya qazandı

14:09

"Barselona" heyətini argentinalı oyunçu ilə gücləndirir - Razılıq əldə olundu

13:38

Villaş-Boaş Portuqaliya nəhənginin prezidenti seçildi

13:05

Keyn iki rekorda imza atdı

12:39

"Birinci Liqanı "Araz Saatlı" tərk edəcək, yoxsa "İrəvan"? - PFL-dən açıqlama

12:11

Azərbaycan cüdoçularından tarixi uğur

11:44

"Qalatasaray"ın idman akademiyası fəaliyyətə başladı - Azərbaycanda

11:15

"Azərbaycanda futbol sosial layihə kimidir" - "Ağdaş"ın rəhbəri

10:47

Günün oyunları bu kanallarda - AFİŞA

10:23

MLS-də Messi rüzgarı əsir

09:39

Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi oldu

09:20

"Neftçi" çağırış etdi, "Forza Neftçi" cavab bəyanatı yaydı

09:00

İtaliya çempionunun transfer həmləsi - Siyahıda 5 futbolçu var

27 Aprel 2024
23:55

PSJ 18 yaşlı futbolçusu ilə müqavilə yenilədi

23:36

"Bayer Leverkuzen" əsrin rekorduna imza atdı

22:44

"Nə baş verdiyini bu gün desəm..." - Salah Kloppla niyə mübahisə edib?

22:27

Renat Dadaşov qol vurdu, komandası...

22:01

Salah Kloppla mübahisə etdi

21:43

Renduliç "Sabah"ı 3-cü pilləyə yüksəldən qələbəni dəyərləndirdi

20:53

"Rəqib qapıçının çıxışı möhtəşəm idi" - Diniyevdən məĝlubiyyət şərhi

19:56

MPL: "Sabah" "Səbail"i inamla yendi

19:36

Elcan da Avropa çempionu oldu

18:47

Azərbaycan cüdoçusu AÇ-nin finalında

18:07

Azərbaycan taekvandoçularından daha 1 medal

17:50

"Barselona" Kanselu və Felikslə bağlı son qərarını verdi - Biri klubuna qayıdacaq

16:47

"Raşford bilirdi ki, problemlərin səbəbi onun oynadığı futboldur"

16:22

AÇ: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəldi

15:55

Azərbaycan millisi 5 medalla 3-cü oldu

15:39

"Qalatasaray"ın prezidenti postu uğrunda mübarizə aparacaqmı? - Özü açıqladı

15:14

"Milan" Piolini ispan mütəxəssislə əvəzləyir

Facebookdan bizi izləməyi unutmayın.
X