10:32 14.01.2020 2763

“Barselona”nın yeni baş məşqçisi rəsmən açıqlandı

"Barselona”nın baş məşqçisi Ernesto Valverde postundan istefaya göndərilib. 

Fanat.Az xəbər verir ki, bununla bağlı klubun rəsmi "Twitter” hesabında məlumat paylaşılıb. 

Qərar bu gün "Barselona” prezidenti Jozep Bartomeu və klub direktorlarının iştirakı ilə keçirilən iclasda qəbul edilib. Məlumatlara görə, tərəflər müqavilənin dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Artıq yeni baş məşqçi də təyin olunub. Klubun rəsmi saytının yaydığəı məlumatda bildirilir ki, "Barselona”ya bundan sonra Kike Setie başçılıq edəcək.

Qeyd olunub ki, 62 yaşlı ispaniyalı mütəxəssis kataloniya klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Kike Setienin son iş yeri "Betis" olub.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X