11:30 06.02.2020 3782

"Real"dan transfer bombası - 200 milyon avro

"Real" Kilian Mbappenin transferi üçün hərəkətə keçir.

Fanat.Az xəbər verir ki, bu barədə Avropa mediası məlumat yayıb.

İddiaya görə, Zinəddin Zidanın çoxdan heyətdə görmək istədiyi 21 yaşlı futbolçunu transfer etməyə çalışan "Real" prezidenti Florentino Peres bütün imkanlarını səfərbər edəcək. Bildirilir ki, "Kral Klubu" yayda PSJ-yə 200 milyon avro təklif edəcək. 

Gənc fransalı ulduzun komandanın baş məşqçisi Tomas Tuçellə münasibətləri pisdi. Belə ki, həftəsonu PSJ-nin "Monpelye"ni 5:0 hesabı ilə yendiyi matçın 68-ci dəqiqəsində Mbappe Mauro İkardi ilə əvəzlənmişdi. Baş məşqçi olduqca əsəbi görünən futbolçu ilə danışmağa çalışsa da, Mbappe onunla görüşmədən ehtiyat oyunçular skamyasına yollanmışdı. Oyundan sonra olayla bağlı açıqlama verən Tomas Tuçel "Birinin kimin oyundan çıxacağına və kimin meydana daxil olmasına qərar verməsi lazımdı. Həmin şəxs mənəm" demişdi. Mbappe isə üzr istəmək niyyətində olmadığını bildirmişdi.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X