UEFA Çempionlar Liqasında mövsümün bərpası ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.
1/8 finalın qalan matçlarının 7-8 avqust tarixlərində oynanılması planlaşdırılır. 1/4 final isə neytral meydançada biroyunluq format üzrə keçirilə bilər.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, ÇL-in yarımfinal və finalının Almaniyada "Dördlər finalı" formatında keçirilməsi də gündəmdədi. Koronavirus pandemiyası ilə əlaqədar Türkiyədəki qeyri-müəyyən epidemioloji vəziyyət səbəbindən final İstanbuldan alına bilər.
UEFA Bundesliqanın bərpasından məmnun olduğu üçün Almaniyanın namizədliyini nəzərdən keçirir.
Fanat.Az