Avropa Liqasının həlledici oyunları Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilə bilər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Avropa Liqasında mövsümün qalan hissəsinin mini-turnir formasında oynanılacağı gözlənilir. Mənbəyə görə, turnirə Frankfurt-Mayn şəhəri ev sahibliyi edəcək.
AL-də 1/8 final mərhələsinin ilk 8 görüşündən 6-sı oynanılıb. "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" oyunları isə koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.
Qeyd edək ki, Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində keçirilməli idi.
Fanat.Az