UEFA avrokuboklarda mövsümün davam etdirilməsinə dair qərar qəbul edib.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Çempionlar Liqası 1/4 final mərhələsindən etibarən "Səkkizlər finalı" formatında Portuqaliyanın Lissabon şəhərində keçiriləcək. 1/8 finalın qalan cavab görüşləri isə ev sahibi komandaların meydanında oynanılacaq.
Eyni format Avropa Liqasında da tətbiq ediləcək. AL-in həlledici mərhələsinə Almaniyanın şəhərlərindən biri ev sahibliyi edəcək. Avropa Superkubokunun qalibi isə Macarıstanın paytaxtı Budapeştdə müəyyənləşəcək.
Fanat.Az