Çempionlar Liqası 1/4 finaldan etibarən "səkkizlər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, ÇL-də "səkkizlər finalı"nın püşkatma mərasimi 10 iyula təyin olunub.
"Atalanta", "Atletiko", PSJ və "Layptsiq" artıq "son səkkizlik" sırasına adlarını yazdırıblar. Digər 1/4 finalçılar "Yuventus" - "Lion", "Barselona" - "Napoli", "Mançester Siti" - "Real", "Bavariya" - "Çelsi" oyunlarından sonra müəyyənləşəcək. Sözügedən qarşılaşmaların 7-8 avqust tarixlərində oynanılacağı gözlənilir.
1/4 final mərhələsinin oyunları 12-15 avqust, yarımfinallar 18-19 avqust, final görüşü isə 23 avqust tarixində keçiriləcək.
Fanat.Az