Portuqaliyada koronavirusun yeni dalğası başlayıb. Lissabonun şimalındakı bəzi şəhərlərdə yenidən karantin rejimi tətbiq ediləcək. Kütləvi tədbirlərin qadağası gündəmdədi.
Çempionlar Liqasının həlledici mərhələsi 12-23 avqust tarixləri aralığında "səkkizlər finalı" formatında məhz Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilməlidi. Son baş verən hadisələr ÇL-in gələcəyini də təhlükə altına atıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin məsələyə münasibət bildirib. Sloveniyalı funksioner nikbinliyini qoruyur:
"Layihəmizə olan inamına və turnirin uğurlu şəkildə keçirilməsini təmin etmək üçün Portuqaliya Futbol Federasiyası ilə etdiyi işbirliyinə görə Portuqaliyanın baş naziri Antonio Kostaya təşəkkür etmək istərdim. Bütün tərəflər arasındakı davamlı əməkdaşlıq nəticəsində Lissabonda mövsümü pozitiv notlarla başa vuracağımıza inanıram. B planına ehtiyac yoxdu".
Fanat.Az