Məşq etməsinə icazə verilən "Qarabağ” Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq.
Fanat.Az-a klubdan verilən məlumata görə, komanda şənbə günü sözügedən şəhərə yola düşəcək. Komandanın məskunlaşacağı otelin adı və toplanışın müddəti isə yaxın 3 gündə dəqiqləşəcək.
Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da keçirəcək.
Fanat.Az