16:34 24.02.2022 1793

Federasiya vitse-prezidenti: \"O, Paris-2024-ə qədər karyerasını davam etdirə bilər\"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Fanat.Az-a müsahibə verib. Sabiq dünya çempionu ölkədə taekvondonun hazırkı durumunu dəyərləndirib, yığmalarımızın qarşıdakı Avropa və dünya çempionatlarına hazırlığı barədə danışıb.

- Böyüklərdən ibarət yığma bir müddət əvvəl Türkiyədə ənənəvi beynəlxalq "Turkish Open" turnirində çıxış etdi. İdmançıların həmin yarışdakı çıxışını necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, bu ilin təqvimi kifayət qədər zəngindir. İl ərzində böyüklərin dünya və Avropa çempionatları keçiriləcək. Yığma komandalarımız yanvarın 5-dən təlim-məşqlərə başlayıblar. İlin ilk - Türkiyə yarışındakı 1 qızıl, 4 bürünc medal bizim üçün üçün yaxşı göstərici oldu. Qızıl medalı da Olimpiya çempionumuz Radik İsayev qazandı. O, bunadək son bir-iki ildə cəmi 2 yarışa qatılmışdı. Belədə yarış təcrübəsinin azlığının İsayevə problem törədəcəyini düşünürdük. Amma o, öz çıxışı ilə hamımızı sevindirə bildi. Doğrudur, Radikin Türkiyədə qarşılaşdığı rəqiblərin elə böyük təcrübəyə sahib olduğunu söyləyə bilmərik. Lakin hər halda onun üçün bu medal qiymətlidir. İlin digər - daha əsas yarışlarına daha yaxşı əhval-ruhiyyədə hazırlaşmasına təkan verəcək.

- Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Radik İsayev karyerası ilə bağlı qərar verə bilmirdi. Sonradan açıqlandı ki, Olimpiya, dünya və Avropa çempionu 2022-ci ildə keçiriləcək dünya çempionatından sonra karyerasını bitirmək istəyir. 33 yaşlı titullu idmançının Paris Olimpiadasına qədər davam etməsi mümkündürmü?
- Əslində, mümkündür. Bu, Radikin il ərzində özünü necə hiss etməsindən, göstərəcəyi nəticələrdən asılı olacaq. Avropa və dünya çempionatlarında mükafata layiq yer tutsa, niyə də davam eləməsin. Hazırda Radik yığmada tam gücü ilə məşq edir.

 - İlin ilk əsas yarışı mayda İngiltərənin Mançester şəhərində Avropa çempionatı olacaq. Onadək milli daha hansı turnirlərdə iştirak edəcək və Avropa çempionatına heyət seçimi necə aparılacaq?
- Qarşıda bizi İranın paytaxtı Tehranda keçiriləcək ənənəvi "Fəcr Kuboku" və onun ardınca təşkil olunacaq "Prezident Kuboku" turnirləri gözləyir. Həmin yarışlardan sonra ola bilsin ki, taekvondoçularımız daha bir turnirə qatılsın. Bu, baş tutmasa, İrandakı nəticələrə əsasən, Avropa çempionatı üçün heyəti formalaşdıracağıq. Həmişə olduğu kimi, yığmamız qarşıdakı qitə çempionatında da geniş tərkiblə təmsil olunacaq. 

- Vurğuladığınız kimi, cari ilin təqvimində həmçinin dünya çempionatı yer alıb. Millimizin son üç mundialı qızıl medalla başa vurduğunu nəzərə alsaq, budəfəki yarışda da baş mükafatın əldə olunması arzulanandır. Necə hesab edirsiniz, indiki halda bu, mümkündürmü?
- Açığı, hazırda bu barədə hansısa fikir yürütmək istəmirəm. Çünki pandemiya son iki ildə bizə çox çətinliklər yaratdı. Qazanacağımız istənilən medal bizim üçün uğur olacaq. Bu, qızıl medal da ola bilər.

- Son mundialdan artıq üç il keçib. Həmin yarışda və daha əvvəlki dünya çempionatında qızıl medal qazanan Milad Beiqi Hərçəqaninin də artıq yaşlandığını söyləmək olar. Ən azından son Olimpiadada da göründü ki, əvvəlki formasından uzaqdır. Son illər əsas yığmaya qoşulan yeni nəsil idmançıların potensialı haqqında nə düşünürsünüz?
- Oğlanlarda perspektivli idmançılar çoxdur. Cavad Ağayevin, Səyyad Dadaşovun, Xanoğlan Kərimovun adını çəkə bilərəm. Amma bir sıra gənclərin əsas yığmaya keçid dövrü pandemiya ilə üst-üstə düşdüyündən, arzuladığımız effekti görə bilmədik. Ümid edirik ki, onlar qarşıdakı yarışlarda özlərini doğrulda biləcəklər.

- Qadın taekvondosunun hazırkı durumu barədə fikirləriniz nədir?
- Qadınlardan ibarət yığmada 8 idmançı var. Onlardan Fəridə Əzizova və Patimat Abakarova bizim ən təcrübəli və titullu qadın taekvondoçularımızdır. Onların ardınca gələnlərdən Minayə Əkbərovanı xüsusi qeyd edə bilərəm. Minayənin son Avropa çempionatındakı bürünc medalı bizi xeyli ümidləndirdi. Ümid edirik ki, yeni məşqçilər heyəti ilə qadınlardan ibarət yığmanın da uğurları artacaq.

- Federasiyanın qarşıdakı dövrdə ölkədə taekvondonun kütləviliyinin daha da artırılması, bölgələrlə iş istiqamətində hansı planları var?
- Öncə onu deyim ki, taekvondo ölkədə yetərincə kütləvilik qazanmış idman növüdür. Bölmələrə müraciətlərin sayı kifayət qədərdir. Taekvondo Federasiyası olaraq bölgələrdə taekvondonun inkişafına daim diqqət göstərmişik. Ayrı-ayrı regionlarda müntəzəm yarışlar təşkil olunub. Qarşıda da bu işləri davam etdirəcəyik. Təsadüfi deyil ki, son illərdə baş tutan əsas yarışlarda bölgə idmançıları sözlərini deyiblər. Bizim vaxtımızda bölgələrdən milliyə çox az idmançı qoşulurdu. Çünki onlar şəraitsiz yerlərdə, köhnə bazalarda məşq edirdilər. Orada da qış aylarında problemlərlə üzləşirdilər. Amma bu gün uğur qazanan taekvondoçulara baxdıqda, əksəriyyəti bölgələrdən gələnlərdir. Artıq demək olar ki, hər yerdə Olimpiya komplekslərimiz, müasir standartlara cavab verən idman bazalarımız var. Ölkənin bir çox rayonlarında taekvondo məktəbləri fəaliyyət göstərir. Zona yarışları təşkil edilir. Sadəcə, son iki ildə pandemiya səbəbi ilə yarışların təşkili və digər məsələlərdə müəyyən çətinliklər yarandı. Qarşıda planlarımız çoxdur, zamanla hamısını həyata keçirməyə çalışacağıq.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X