19:26 19.05.2022 442

Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu 

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan sonra bu postu serbiyalı mütəxəssis Aleksandar Trifunoviç tutacaq.

Ona köməkçi məşqçi qismində litvalı Aurimas Jasilionis yardım edəcək.

Baş məşqçi ilkin mərhələdə komandaya müəyyən şərtlər altında qəbul olunub. Qarşıya qoyulan ən mühüm şərtlərdən birincisi 28 iyun – 3 iyul Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C divizionunda millimizin göstərəcəyi nəticə olacaq. Bu və digər bir neçə nəticə bəlli olduqdan sonra məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq.

Yığma komandamızın sabiq baş məşqçisi Samit Nuruzadə də əsas millimizə dəstək göstərməkdə davam edəcək. Nuruzadə burada məsləhətçi vəzifəsini icra edəcək.

Aleksandar Trifunoviç 1967-ci il may ayının 30-da Serbiyanın Belqrad şəhərində anadan olub. İdmançı karyerası ərzində Serbiyanın “Srvena Zvezda” (1986-88, 1991-97) və “Atlas” (2000-2001), Xorvatiyanın “Zadar” (1988-91), İsveçrənin “Fribur Olimpik” (1997-98), Polşanın “Şlensk Vroçlav” (1998-2000) klublarında çıxış edib. 1993 və 1994-cü illərdə Yuqoslaviya çempionu olub.
Məşqçilik karyerasına 2002-ci ildə Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb və bir mövsüm köməkçi olmaqla üç mövsüm bu klubun uğurları üçün çalışıb. 2006-07 və 2007-08 mövsümlərində Litvanın “Letuvos Ritas” klubunda ilk mövsümdə köməkçi, ikincidə isə baş məşqçi olmaqla iki il fəaliyyət göstərib. Daha sonra serbiyalı mütəxəssis 2008-09 mövsümündə Yunanıstanın “Panionios”, 2009-10-da Serbiyanın “Srvena Zvezda”, 2010-11-də Litvanın “Letuvos Ritas”, 2011-12-də “Jalqiris”, 2013-15-ci illərdə Qazaxıstanın “Astana”, 2016-17-də Türkiyənin “Yeşilgiresun Bələdiyyə”, 2017-18-də “Pınar Karşıyaka”, 2019-cu ildə Bosniya və Herseqovinanın “İqokeya” klublarında baş məqçi kimi fəaliyyət göstərib. Serbiyalı məşqçinin son iş yeri 2020-ci ildən çalışdığı Rusiyanın “Ximki” klubu olub.
Mütəxəssis baş məşqçi kimi 2007-ci ildə Litvanın “Letuvos Ritas” klubu ilə Baltik liqası çempionu, 2012-ci ildə eyni ölkənin “Jalqiris” klubunu çalışdırarkən Litva çempionu və eyni zamanda Litva kubokunun qalibi olub. Aleksandar Trifunoviç 2012-ci ildə “Jalqiris”lə həm də Baltik liqasının qalibi olub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X