14:13 30.05.2022 472

Millinin baş məşqçisindən iddialı açıqlama: "İlk "5-liy"ə düşə bilərik"

Mini-futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Slovakiyanın Koşitse şəhərində baş tutacaq Avropa çempionatı öncəsi Bakıdakı son məşqdə jurnalistlər üçün brifinq keçirib. 

Təcrübəli mütəxəssis Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə media nümayəndələrinin suallarını cavablandırıb.   

- Milli Avropa çempionatına hazırdırmı?
- Komanda yaxşı vəziyyətdədir. Oyunlara ciddi hazırlaşmışıq. Rəqiblər güclüdür, amma biz də zəif deyilik, sonadək vuruşacağıq. İddiamız böyükdür.

- Komandada bu potensial var? 
- Avropada ilk "5-liy"ə düşə biləcək kollektivimiz var. Çox güclü qrupda mübarizə aparacağıq. Qrup mərhələsiini yaxşı nəticələrlə adlaya bilsək, finala qədər irəliləmək şansımız yüksəkdir. Birinci və ya ikinci yerlə çıxsaq, güclülərlə ancaq yarımfinalda qarşılaşa bilərik.

- Amma milli AÇ-yə hazırlıq çərçivəsində yoxlama oyunu keçirməyib.
- Bir sınaq oyunumuz olacaq. İyunun 2-də Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcəyik. Başqa sınaqçı rəqibmiz olmadı. Pandemiyaya görə heç yerə gedə bilmədik. Bir yoxlama görüşü az olsa da, bundan lazımınca yararlanmaq istəyirik. Daha sonra Avropa çempionatının matçlarına hazırlaşacağıq. Yüksək səviyyədə oynaya bildiyimizi göstərmək niyyətindəyik.

- Hansısa səbəbdən milliyə cəlb edə bilmədiyiniz futbolçu varmı? 
- Mövsümün ikinci yarısını Region Liqasında "Araz-Naxçıvan"ın heyətində keçirmiş Orxan Əliyevi də milliyə çağırmaq istəyirdik. Amma son 6 ayda peşəkar futbol oynadığına götürə bilmədik. Başqa namizəd görmədim. Kimi istəyirdiksə, buradadır. Deməzdim ki, komandaya ancaq yaşlı futbolçular götürmək istəyirik. Təcrübəlilərlə gənclərin vəhdətini yaratmaq istəyirik. Götürdüyümüz futbolçular arasında Premyer Liqada sözlərini demiş oyunçular var. Avropa çempionatında meydanda iki "5-lik"lə oynamağı planlaşdırmışıq. 

- Heyətdə zədəli oyunçu yoxdur?
- Vitali Borisovun yüngül zədəsi var. Amma ciddi problem olduğunu güman etmirəm. Vitali də bizə kömək edəcək. 

Qeyd edək ki, AÇ-2022-nin final mərhələsi 4-11 iyunda təşkil olunacaq. Azərbaycan yığması İspaniya, Rumıniya və Albaniya seçmələri ilə birlikdə B qrupunda çıxış edəcək. Kollektiv ilk oyununu iyunun 4-də altıqat qitə çempionu Rumıniyaya qarşı keçirəcək. Komanda iyunun 2-də Koşitseyə yola düşəcək.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X