Qılıncoynatmanın şpaqa növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallində keçirilən U-23 Avropa çempionatında komanda yarışında 11-ci olub.
Fanat.Az xəbər verir ki, Barat Quliyev, Fərrux Səfərov və Ruslan Həsənovdan ibarət trio "8-liy"ə yüksəlmək uğrunda görüşdə Estoniya yığmasına 38:45 hesabı ilə uduzub. Şpaqaçılarımız 9-12-ci yerlər uğrunda keçirilən görüşlərdə isveçrəli həmkarlarına 45:42 hesabı ilə qalib gəlib. Çexiyanı təmsil edən seçməyə isə 20:45 hesabı ilə məğlub olub.
Kollektiv 11-ci yer uğrunda İspaniya yığması ilə keçirilən görüşdə 45:31 hesablı qələbə qazanıb.