12:32 19.12.2020 1536

“İgidliyə görə” medallı, üçqat ölkə çempionu, Borçalı əsilli XTQ gizirinin həyat hekayəsi - FOTO/VİDEO

tən gün Prezident, Ali Baş Komandan İlham Əliyevim imzaladığı Sərəncama əsasən "İgidliyə görə” medalı ilə təltif olunan hərbçilərdən biri də gizir Bədəlli Elmar İlqar oğludur.

Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirən Elmar Bədəlli 44 günlük Vətən Müharibəsi dövründə demək olar ki, bütün cəbhələrdə döyüşmüş, qəhrəmanlıqlar göstərmiş, onlarla düşməni məhv edərək qələbəmizdə pay sahiblərindən biri olmuşdur.



Xüsusilə Cəbrayıl istiqamətindəki döyüşlərdə və Xudafərin körpüsünün azad olunması zamanı bir sıra qəhrəmanlıqlar göstərən Elmar tarixi abidəyə Üçrəngli Şanlı Azərbaycan Bayrağı sancılarkən ölkə başçısına raport verən dəstənin tərkibində olub.


Bədəlli Elmar 1995-ci ildə Bakı şəhərində anadan olub.

Əslən Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndindən olan Elmar kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb. Şərq-əlbəyaxa döyüş növlərini sevən qəhrəmanımız idmanın taekvondo növünü seçib. Dəfələrlə istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda uğurlar qazanan, bayrağımızı layiqincə dalğalandıran Elmar həm də vətənpərvərliyi ilə seçilib.

O, üç dəfə Azərbaycanın ən güclüsü adına layiq görülüb, bir dəfə Hollandiya, bir dəfə isə Gürcüstanda keçirilmiş beynəlxalq turnirlərdə medal qazanmağı bacarıb. 



Ali təhsilini Azərbaycan Texniki Universitetində alan Elmar Bədəlli həqiqi hərbi xidmət keçdikdən sonra həyatını hərb sənəti bağlamaq qərarına gəlib.

Yüksək fiziki göstəriciləri ilə yanaşı peşəkar idmançı kimi seçilən qəhrəmanımız zabitlərin də diqqətini çəkib və gizir kurslarını keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətə başlayıb.



Sentyabrın 27-də Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlayan ordumuzun sıralarına qoşulan Elmar ilk olaraq Murov dağındakı bir sıra əhəmiyyətli zirvələrin işğaldan azad olunmasında iştirak edib.



Daha sonra Füzuli, Cəbrayıl, yuxarıda qeyd etdiyimiz kimi, Xudafərin körpüsünün azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərən gizir Bədəlli Elmar ardınca Zəngilan və Qubadlının işğaldan azad edilməsi üçün baş verən döyüşlərdə də ən öndə gedənlərdən olub.

Laçın uğrunda gedən döyüşlərdə də iştirak edən Elmar Bədəllinin qəhrəmanlıqları diqqətdən kənarda qalmayıb və Ali Baş Komandanın Sərəncamı ilə o, "İgidliyə görə” medalı ilə təltif olunub.



Bu gün təkcə ailəsi deyil, həm doğulduğu, canı və qanı ilə xidmət etdiyi Azərbaycan, həm də əsli-kökü ilə bağlı olduğu, obası, eli olan Faxralı və bütün Borçalı Elmarla qürur duyur, onun qəhrəmanlıqlarından böyük ruh yüksəkliyi ilə danışırlar.



Hazırda ordu sıralarında xidmətini davam etdirən gizir Bədəlli Elmar hər zaman olduğu kimi Vətəninin keşiyindədir!
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X