14:30 13.03.2020 3456

Bakı Tennis Akademiyasında bazar: 9 yaşlı idmançımız ölkəni tərk etdi (VİDEO)

Yadınıza gələr, yaxın keçmişdə sprinterimiz Ramil Quliyev diqqətsizlik və ögey münasibət üzündən Türkiyəyə üz tutmuşdu. Ona güvənməyən səriştəsiz federasiya rəhbərliyinə Ramilin cavabı çox gecikmədi. Türkiyənin idman tarixinə düşən "qızıl” Ramilin qardaş ölkəyə payı, bizə isə göz dağı idi. İndi isə Azərbaycan olaraq, daha bir "qızıl” ümidimizi itirmək üzrəyik. 

Fanat.az-ın verdiyi məlumata görə, söhbət Azərbaycan Tennis Akademiyasının perspektiv vəd edən idmançılarımıza etinasızlığından gedir. Belə ki, 9 yaşlı perspektivli tenisçimiz  Ayşən  Kərimova ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. Rusiyanın paytaxtına pənah aparan ailənin problemi diqqətsizlik olub. Belə ki, böyük gələcək vəd edən idmançımıza Azərbaycan Tennis Federasiyası tərəfindən laqeydlik, Ayşənin məşqlərinə görə atası Əli Kərimovdan hər ay pul alınması vəziyyəti dözülməz həddə çatdırıb.

Federasiya prezidentinin - millət vəkili, Milli Məclisin sabiq spiker Oktay Əsədovun rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olduğuna inanmırıq.

Çünki məsələ ilə bağlı hələ ötən il Ayşənin atsı Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Nəticədə Ayşənə akademiyada məşq üçün şərait yardılması ilə bağlı Gənclər və İdman Nazirliyindən tapşırıq verilib. Ancaq Tennis Federasiyanın I vitse-prezidenti Salam Əsgərəlizadə azyaşlı idmançıya dəstək olmaqda maraqlı olmayıb. Bunları nəzərə alaraq da Əli Kərimov Rusiyadan alınan təklifləri nəzərə alaraq Ayşənin karyerasına bu ölkədə davam etməsi qərarına gəlib.   Ayşənin yarışlarda Azərbaycanı təmsil etmək istəyini qabardan Əli bəy məcburiyyətdən başqa bayraq altında çıxış etdiklərini söyləyib.

Qeyd edək ki, 01.01.2011-ci il təvəllüdlü Ayşən Kərimli 2017-ci ildən müntəzəm olaraq tennislə məşğul olur. Bakı Tennis Akademiyasında 12 yaşına qədər olan uşaqlar arasında ona qalib gələ bilən tennisçi olmayıb. 

 "Qızım 6 yaşından tennislə məşğuldu. Açıq aydın deyirlər ki, bizə pul lazımdı, idmançı yox! Ayşən 7 yaşı olanda 11-12 yaşlılarla məşq edirdi. 8 yaşı olanda Respublika üzrə 12-13 yaşlılar arasında bu uşağa qalib gələn yox idi. Getdikcə xərc artırdı. Tennis akademiyasında məndən hər ay 400 manat pul alırdılar. Özlərinə də dedim ki, bu uşaq yaxşı oynayırsa, istedadlıdırsa, niyə pul alırsız?”  - atası deyir.

Problemlər yalnız bununla bitmir. Sözün əsl mənasında Akademiyanı bazara çevirən federasiya akademiyanın inzibati binasının bir hissəsini banka, digər hissələri isə mağaza, kafe kimi iaşə obyektlərinə icarəyə verib. Tennis kortu isə "Beşiktaş” futbol məktəbinə verilib. Bu azmış kimi, hələ idmançılardan da pul yığılır. 

Aşağıda Ayşənin atasının video müraciətini təqdim edirik:
 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X