15:49 04.09.2021 2850

"Hamı kimlərlə güləşdiyimi gördü" - İlham Zəkiyev

Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo üzrə bürünc mükafatçısı İlham Zəkiyev Fanat.Az-a müsahibə verib. Paralimpiadalarda dördüncü medalını qazanan millimizin +100 kiloqram çəki dərəcəsindəki üzvü nəticəsindən, keçirdiyi görüşlərdən və yarış öncəsi ona qarşı inamsızlıqdan danışıb. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti postunu tutan ikiqat Paralimpiya çempionu yığmamızın çıxışını da dəyərləndirib.

- Artıq 41 yaşınızın olduğunu nəzərə alaraq, hər kəs bürünc medalı sizin üçün böyük uğur hesab elədi. Bəs özünüz necə düşünürsünüz?

- Zədələri və səhhətimlə bağlı yaranan problemləri nəzərə alıb nəticəni mən də özüm üçün uğurlu sayıram. Üstəlik, hamı orada kimlərlə güləşdiyimi gördü. Rəqiblərimin hamısı görmə imkanı olan idmançılar idi. Hazırda tam görmə məhdudiyyəti olan cüdoçularla zəif də olsa görənlərin ayrılıqda mübarizə aparması ilə bağlı müzakirələr gedir. Paris 2024-ə qədər həllini tapmasını gözləyirik. Belə olsa, hər şey ədalətli olacaq.

- 2019-cu ildə keçirilən Avropa çempionatında uzun illər sonra ilk dəfə fərdi yarışı qızıl medalsız başa vurmuşdunuz. Üstəlik, bu ilin mayında Bakıda keçirilən Qran Pri-də çıxışınız uğurlu alınmamışdı. Belədə etiraf edək ki, sizinlə bağlı inamsız danışanların sayı az deyildi. Bunlar motivasiyanıza necə təsir edib?

- Özümə deməsələr də, qulağıma bəzi sözlər çatırdı.   Eşidirdim, danışırmışlar ki, daha qocalıb, ora getsə də heç nə edə bilməyəcək. Fikir verməməyə çalışmışam. Odur ki, nə əhvalım korlanıb, nə də özümü kimlərəsə sübut etmək ehtiyacı duymuşam. Hər zaman necə inam və təmkinlə hazırlaşmışdımsa, indi də elə oldu. Bundan sonra da elə olacaq.

- Bu, dördüncü Paralimpiya medalınızdır. Hər mükafatın ayrıca xatirəsi, dəyəri olur. Tokio 2020-dəki "bürünc"ün sizin üçün əsas özəlliyi nədir? 

- Deyərdim ki, "qızıl"a bərabərdir. Cənubi Koreya cüdoçusu ilə görüşdə iki barmağım sınsa da, yarışa davam edib bu medalı qazandım. Getməmişdən öncə də açıqlamalarımda demişdim heç nəyə baxmayaraq sona kimi mübarizə aparacağam, bir daha sübut edəcəyəm ki, Azərbaycan əsgəri yaralı halda da təslim olmur.

- Birinci mərhələdə Böyük Britaniya cüdoçusuna qarşı işlətdiyiniz fənd kifayət qədər baxımlı alındı. Səhv etmirəmsə, o fəndi ilk dəfə istifadə edirdiniz.

- İki il əvvəl Bakıda keçirilən Qran Pri yarışında yaponiyalı Paralimpiya çempionu Masaki Kentoya da həmin fəndi atmışdım. Düzdür, onda elə də effektiv alınmamışdı. İndiki daha baxımlı oldu.

- Siz həm də Milli Paralimpiya Komitəsinin vitse-prezidentisiniz. Komandamızın Paralimpiadadakı yekun nəticəsini dəyərləndirərsiniz. Başqa sözlə, bu dərəcədə uğurlu çıxış gözlənilən idimi? 

- Poqnozlar əsasən "qızıl" sayı ilə bağlı idi. Londondakı rekordun yenilənməsini gözləyirdik. İdmançılarımız nəinki o rekordu qırdı, bunadək iştirak etdiyimiz bütün Paralimpiya Oyunlarında əldə olunandan daha artıq sayda qızıl medal qazandılar. Uğurlu çıxış gözlənilən idi, amma bu dərəcəsi şəxsən mənim üçün xoş sürpriz oldu. Sadəcə, güllə atıcılığı və taekvondo növlərində uğursuzluq yaşandı. Səbəbləri barədə müzakirələr olacaq.

- Sizcə, indiki nailiyyəti yaxın gələcəkdə təkrarlamaq mümkün olacaq?

- İldən-ilə Milli Paralimpiya Komitəsinə müraciət edənlərin sayı artır. İndiki nəticələrdən ruhlanıb gələnlər çox olacaq. Bu da rəqabətin artması deməkdir. Aydındır ki, rəqabət olan yerdə inkişaf da var. Ancaq 14 "qızıl" elə bir göstəricidir ki, bunu təkrarlamaq hər dəfə mümkün olmaya bilər.

Sahib Əsadbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X