19:22 09.06.2023 375

“Əziz Şuşa”: Üçüncü mərhələyə yekun vuruldu

İyunun 9-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə elit yaş kateqoriyasında kişilər arasında şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən 5 mərhələli veloturun üçüncü yarış günündə velosipedçilər Qəbələdən başlayaraq Ağdaş və Mingəçevirin ərazisindən keçib Gəncə şəhərinin mərkəzinə qədər 170 km məsafə qət ediblər.

Qəbələ, Ağdaş, Mingəçevir və Gəncədə idman həvəskarları, məktəblilər, ictimaiyyət nümayəndələri velosipedçiləri bayram əhval-ruhiyyəsi, böyük coşqu və alqışlarla qarşılayıblar. 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın bu mərhələsində Belçikanın"Bataia Brigade" klubunun üzvü Yari Verstraeten (03:36:49) birinci, Rumıniya milli komandasının üzvü Mihnea-Aleksandru Harasim (03:36:49) ikinci, Qazaxıstanın "Almaty Astana Motors" klubunun üzvü Anton Kuzmin (03:36:49) üçüncü yerdə qərarlaşıblar.

Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəyə Kamran Mirzəxanov (03:37:18) imza atıb. O, 10-cu yerə layiq görülüb.

İtaliyanın "Team Technipes İnemiliaromagna" klubunun üzvü Emanuele Ansaloni üç mərhələdən sonra yarışın lideri, Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans ən yaxşı sprinteri, Qazaxıstanın "Vino Sko Team" klubunun üzvü İlkhan Dostiyev ən yaxşı dağ velosipedçisi, Türkiyənin "Sakarya BB Pro Team" klubunun üzvü Aleksandr Bereznyak isə ən yaxşı gənc idmançısı olub.

Komanda hesabında üç mərhələnin cəminə görə Qazaxıstanın "Viki Sko Team" klubu birinci yerdə qərarlaşıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.

İdmançılara mükafatları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev və AVF-nin baş katibi Elnarə Musayeva təqdim ediblər.

Qeyd edək ki, velotura ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb.

İdmançılar iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

Facebookdan bizi izləməyi unutmayın.
X