12:35 17.03.2020 1809

Bəhruz Salehli: "Məndən asılı olsaydı, çalışardım ki, Ramil Quliyev getməsin" - MÜSAHİBƏ

 

Ötən həftə saytımızda Azərbaycan Atletika Federasiyasındakı (AAF) problemlərlə bağlı araşdırma yazısı dərc olunmuşdu. Redaksiya ilə əlaqə saxlayan milli komandanın baş məşqçisi Bəhruz Salehli yazıda qeyd olunan nöqsanların heç də hamısının onlara aid olmadığını bildirdi. Federasiyanın problemlərindən, bölgələrdə təlim-məşq toplanışlarının keçirilməməsinin səbəblərindən söz açan baş məşqçi, problemlərin qaynağı kimi federasiyanı yox, həm də dövlət qurumlarını göstərməli olduğumuzu söylədi.

Fanat.az yığmamızın baş məşqçisi ilə olan söhbətləşməni təqdim edir:

- Bəhruz müəllim, EYOF-2019-da milli komanda heç bir uğur qazana bilmədi. Bu son illərin ən aşağı nəticəsi hesab olunur. Uğursuzluğun səbəbi nə idi?
- Bundan əvvəl də olub. İki yarışda nəticə qazanmamışıq. Məsələn, 2008-də lap pis nəticələrimiz olub. Biz demirik ki, keçənilki yarışlardakı uğursuzluğumuz yaxşı haldı. 

- Millimizə gətirilən əcnəbi idmançıların işindən razısız?
- Mən baş məşqçi təyin olunmamışdan əvvəl milli komandada 20 nəfər əcnəbi idmançı vardı. Sonra rəhbərliklə danışdım, indi 3 nəfər gəlmə idmançı var komandada. Qalanlarını yığmadan mən kənarlaşdırdım.
 
- O üç idmançının nəticələrindən razısız?
- Bizim legionerlər ən azı Avropa səviyyəli yarışlardan medal gətirən idmançılardı. Bayrağımızı qaldırmayanı millidə saxlamırıq. Əcnəbi atletlərimiz hətta dünya çempionatında 5-ci yer tutub. Aleksis Kapello (atletika, üçtəkanla tullanma) İslam oyunlarında ikinci, Avropa çempionatında isə üçüncü olub. Tutaq ki, Hayle İbrahimov kimi nəticə göstərməyən idmançıları da millidən kənarlaşdırırıq. Düzdü, bir vaxtlar Avropa çempionu adını qazanmışdı, amma sonralar heç bir uğuru olmadığı üçün uzaqlaşdırdıq.
 
- Ramil Quliyev ölkəni tərk edib getdi...
- Mən onda başqa ölkədə məşqçi işləyirdim. Məndən asılı olsaydı, çalışardım ki, getməsin. 

- Xaricdə olsanız da, Ramilin istedadından xəbəriniz vardı... 
- Belə deyək, brilliant idmançılar tək-tək çıxır. Ramin Quliyev brilliant idmançı idi. İndi bizdə belə idmançı Nazim Babayevdi.

- Aydındı, siz özünüz bir məşqçi kimi, öz işinizdən razısız?
- Öz işindən razı olan insan heç vaxt irəliləyə bilməz. Məni azdan çoxdan prezident də tanıyır. Mən öz işimdən razı olsam, gərək işdən çıxam. Nə vaxt ki, bizim federasiyadan bir idmançı olimpiya çempionu olar, onda deyə bilərəm ki, öz işimdən 90 faiz razıyam. Öz işimdən razı olsam, ərizəmi yazıb çıxmalıyam ki, mən inkişaf etmək istəmirəm. 

- Sizin bu üç ildə hər-hansısa uğurunuz olmayıb baş məşqçi kimi. EYOF 2019-dan sonra hesabat verdiz rəhbərliyə?
- Deyirsiz ki, üç ildə heç bir uğurunuz olmayıb. Olimpiya çempionu 15 ilə yetişir.
 
- Ramin Quliyev kimi idmaçılar neçə ilə yetişir?
- Mənim bildiyimə görə, onu 14 yaşında Tofiq müəllim tapıb, üzə çıxardıb.

- Yaxşı, bəs Fanat.Az-da yayımlanan araşdırma yazısında sizi hansı məqamlar qane etməyib?
- Siz araşdırma yazınızda kulublarla bağlı yazmışdız. Kulubların bizə heç bir aidiyyatı yoxdu. Məsələn "Nefçi” cəmiyyəti var, bu cəmiyyətin bizə nə dəxli? Biz onların idmançısına nə maaş veririk, nə də onlarla işimiz var. Amma millinin idmançılarına büdcəmizə görə maaş veririk. Xarici yarışlarda iştirak edən atletləri ildə bir dəfə vitamin pulu ilə təmin edirik. Düzdü, bu mühasibatın işi olduğu üçün dəqiq deyə bilmirəm, ancaq təxminən 200 min büdcəmiz var.

Sumqayıt kimi, Gəncə kimi şəhərdə atletika ilə məşğul olmaq üçün stadion yoxdu, yer yoxdu. Ölkənin ən böyük ikinci, üçüncü şəhərləridi bu şəhərlər, bunu qeyd etmək lazımdı, bundan da yazın. Bəs biz harda keçirək təlim-məşq toplanışlarını? Siz mənə yer göstərin, mən də sizə deyim.

Bölgələrdəki stadionlarda qaçış cığırı yoxdursa, manej yoxdursa, biz necə məşq edək? Bu işlərə federasiya baxmır. Bu sualı başqa yerə ünvanlayın. Onlar hamısı dövlət qurumlarının balansındadı. Manej də bizə aid deyil, qaçış cığırı da, bizim heç nəyimiz yoxdu.

- Şəxsən özünüz çatışmazlıqlar barədə harasa müraciət və ya şikayət etmisiz?
- Mən manejin təmir olunması üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə, eləcə də, federasiyanın prezidenti Çingiz Hüseynzadəyə məktub yazmışam. Stadionların təmiri ilə bağlı məsələni də qaldırmışıq. Keçən il stadionlar təmir olundu, indi də manejlər təmir olunacaq. Məşq etmək üçün yer olmayandan sonra istəyir 50 forman, 50 istedadlı idmançın olsun, bu işdən heç nə çıxmayacaq. İlk növbədə maddi texniki bazadı. Bazalarımız pis gündədi, məşq etmək üçün yararsızdı, dünya standartlarına cavab vermir. Biz də bunlarla bağlı müraciətlər ünvanlamışıq.

Cənab prezident Sumqayıt stadionunun təmir edilməsi üçün pul ayırıb. Biz federasiyamızın prezidentinə məktub da yazmışıq ki, bunlar stadionun layihəsində qaçış cığırı göstərsinlər. Soruşun, görün, orda qaçış cığırları var, yoxsa yoxdu? İdmanın inkişaf etməsi üçün bölgələrdə təchizatın, stadionların olması çox önəmlidi. Hər şey bölgələrdən başlayır. Çox təəssüf ki, bölgələrdə idmançılar üçün məşq etməyə yer yoxdu. 

- Qeyd etdiniz ki, nəticə göstərən milli üzvünə illik vitamin pulu ödənilir. Sirr deyilsə, məbləği deyərdiz...
- Məsələn, Nazim Babayev nə qədər desə, o qədər verilir. Əgər 2 min deyilirsə, 2 min veririk.
 
- İdmançı özü təyin edir bunu?
- Yox, vitamin pulunu idmançıların həkimi təyin edir. Amma bu o demək deyil ki, o nəqədər məbləğ desə, biz verəcəyik.

Elçin Aslangil
Fanat.Az





 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

Facebookdan bizi izləməyi unutmayın.
X