10:25 30.03.2020 1492

“Hop elədim”lə tullanmağın fərqi

Elçin Aslangil

Mən qovuram, bunlar qaçır. Ramil Quliyev kimi qaça bilməsələr də, düz sözdən babat qaçmaqları var. İndi kimsə elə biləcək ki, qaçdı-tutdu oynayırıq. Yox əzizlərim, bu qaçmaq, o qaçmaqdan deyil... 

Nəhayət, Azərbaycan Atletika Federasiyası haqda danışmaq istəyirəm. Yüngül atletikanın özünü ağır aparması çox vacibdi və hətta lazımdı ki, ürəklərini isti tutduqları kimi, "manejlər”i də isidə bilsinlər. "Uzağa hop elədim” deməklə, uzağa tullanmaq arasında çox fərq var, müəllimlər. 

Atletika federasiyasının qaçış üçün maneələri qənaətbəxiş olmadığına görə, Ramil kimi idmançılar dabanına tüpürüb qaçıb ölkədən. "Maneə”si yox idi axı... Məsələnin əsl məğzini sarkazmla özüm bu yerə çəkdim, vəl-axır bəzi həqiqətləri sərrast nişan ala bilim deyə. 

Fanat.Az-da bu yaxınlarda dərc olunmuş "Qazanmağı öyrən” (Baş katib Atletika Federasiyasını necə idarə edir? – ARAŞDIRMA) yazıdan AAF nə öyrənə bildi, əcəba? Doğrusu, EYOF – 2019 uğursuzluğundan nəticə çıxarmayanların, məlum yazımızdan nəticə çıxarmasını gözləmək, mən piyadeyi-sərkərdanın kötücə boy-buxunu görəcəyinə inanmaq kimi bir şeydi əslində. 

Xoşbəxlikdənmi, bədbəxtlikdənmi, Tokio-2020 ertələndi. Yay Olimpiya Oyunları yenə bənzər əmma çıxmasa, 2021-ci ildə baş tutacaq... 

Bu od mərəkəli günlər geridə qalandan sonra AAF-ın hazırlığı yüksək səviyyədə olmalıdı. Olacaqmı? Açığı, inanmaq çətindi... Nə yazıq ki, nikbinliyə ciddi əsas yoxdu. 

Bu da acı və şəninə bir xeyli elegiyalar yazılacaq həqiqətdi ki, yenə də uğursuzluğa düçar olsalar, susub oturacaqlar. Nə hesabat verəcəklər, nə də zəlil uğursuzluğun xiffətini çəkəcəklər...

Bəylər, yeniyetmələrin, gənclərin bağrına nizə sancmaq yol deyil. Onları yetişdirmək, ölkə çempionatları keçirmək, qayğıları ilə maraqlanmaq lazımdı. 

Sevimli və bir xeyli canayaxın federasiya prezidenti Məhərrəm Sultanzadə, bürokratik əngəllər yaratmaqdan, vəlvələlər və zəlzələlərdən iş çıxmaz. Klubların formalaşmasına, dirçəlməsinə yardımçı olmaq, yeni inkişaf modelinə keçmək lazımdı.  
 
Hər gah bu məsələ və barəsində söz açdığım federasiyanın o qədər qeylü-qalları mövcuddu ki, danışmaqla tükədilməsi müşkül məsələdi...

...Və bu yerdə gözlərimin önündə Dədə Qorqud dastanından Qazanın halı zühur eylədi: "Çoban, qara köçüm burdan keçdi gördünmü?”

Mən də gördüm, xan Qazan. Allahaqqı gördüm, eşitdim, yazdım. Yoxsa mən piyadeyi-sərkərdan jurnalistin kiminlə nə qərəzi?! 
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X