İtaliyanın "Roma” klubunun heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, A Seriya təmsilçisinin futbolçusu Nikolo Zaniolonun virusa yoluxduğu məlum olub.
Bu barədə 21 yaşlı yarımmüdafiəçi "instagram” hesabında paylaşım edib. Zaniolo, koronavirus testinin müsbət çıxdığını bildirib.
Zaniolo xəstəliyin heç bir əlamətinin olmadığını da qeyd edib.
Fanat.Az