"Real Madrid"in və Belçika millisinin qapıçısı Tibo Kurtua AÇ-2024-də aparılmayacaq.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, bu barədə sözügdən yığmanın çalışdırıcısı Domeniko Tedesko danışıb.
O, 31 yaşlı qolkiperin aldığı ardıcıl zədələr səbəbindən komandaya çağırılmayacağını bildirib: "Bu mövzuda hər şeyi demişik. Formada olan, zədəsi olmayan futbolçuları cəlb etməyə köklənmişik".
Qeyd edək ki, cari mövsümün əvvəlində çarpaz bağlarını zədələyən Tibo Kurtua uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. O, yaşıl meydanlara qayıtdıqdan dərhal sonra yenidən zədələnib. Kurtua bu mövsüm ümumilikdə 48 matçı buraxıb.
Əlavə edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.