Futbol üzrə sayca 17-ci Avropa Çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşıb.
Münhendəki "Allianz Arena"da baş tutan görüşdə təşkilatçı ölkənin komandası inamlı qələbə qazanıb. 5 qolun vurulduğu matçda almanlar böyük hesablı qalibiyyət əldə ediblər.
Qeyd edək ki, qrupun digər qarşılaşması bu gün saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
AÇ-2024
14 iyun
A qrupu
Almaniya – Şotlandiya 5:1
Qollar: Florian Virts, 10. Camal Musiala, 19. Kay Haverts, 45+1. Nuklas Fulkruq, 68. Emre Can, 90+2 - Antonio Rüdiger, 87-öz qapısına.
Hakim: Kleman Tyürpen (Fransa).
Münhen. "Allianz Arena"