İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün qrup mərhələsinin ilk turunda Serbiya üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "The Guardian" təcrübəli mütəxəssisin dediklərini belə təqdim edib:
“Cud Bellinqem yenə öz ssenarisini yazır. O, nə vaxt necə hərəkət edəcəyini bilir. Cudun qolundan əvvəl onun parlaq manevrini də qeyd etmək lazımdır. Ümumiyyətlə, həmin epizodda hücumumuz əla görünürdü. Bu uşaqlar qol vurmağı bilirlər və buna davam edəcəklər.
Belə sıx müdafiəyə qarşı oynamaq çətindir. Topsuz oynamağımız da xoşuma gəldi.
Fasiləyə qədər çox səy göstərdik. Uşaqların bəziləri uzun müddət tam oyun keçirməmişdilər, bir az narahat idim.
İkinci hissədə İngiltərə topu daha pis saxladı, rəqiblər isə əksinə, artırdılar. Amma oyuna ümumi nəzarəti əldən vermədik. Özümüzü fərqli şəkildə göstərdiyimiz üçün sevinirəm. Komanda möhkəm idi və yaxşı müdafiə olunurdu. Bu, komandanın ruhunu gücləndirir. İngiltərə bir yumruq kimi idi. Start heyətdəkilərin gücü tükənməyə başlayanda, ehtiyat oyunçular skamyasından meydana daxil olanlar bizə kömək etdilər”.