Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın son iştirakçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsində ikinci oyun gününün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında baş tutub. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi oyunun əsas və əlavə vaxtında qalibi müəyyəşdirmək mümkün olmayıb. Belədə penalti seriyası yerinə yetirilib. "11 metrə"ləri daha dəqiq yerinə yetirən ingilislər yarımfinala adlayıblar.
1/4 finalın son qarşılşamasında isə Türkiyə millisi ilə Niderland münasibətlərinə aydınlıq gətiriblər. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutub. Türkiyə hesabı açan tərəf olsa da, uzun müddət davam edən üstünlüyünü 70-ci dəqiqədən sonra əldən verərək uduzub.
AÇ-2024
1/4 final
6 iyul
İngiltərə - İsveçrə 1:1 (penaltilərlə - 5:3)
Qollar: Saka, 80 - Embolo, 75.
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
Niderland - Türkiyə 2:1
Qol: De Vrey, 70. Qakpo, 76 - Samet Akaydın, 35.
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.