12:09 11.06.2021 1460

Elnur Əşrəfoğlu 10 il sonra futbol şərh edəcək: "Nostalji hisslər yaşayacağıq"

Bu gün start götürəcək AVRO-2020 azərbaycanlı futbolsevərlər üçün ikiqat bayrama çevriləcək. 

Çünki İctimai TV-də yayımlanacaq Avropa çempionatının oyunlarını bir dönəm öz şərhləri ilə futbol azarkeşlərinin sevimlisinə çevrilən Elnur Əşrəfoğlu, Asif Bağırov və İlqar Mikayıloğlu şərh edəcəklər. 

10 il sonra yenidən futbol şərh edəcək Elnur Əşrəfoğlu hisslərini Fanat.Az-a bölüşüb: "Səhv etmirəmsə, sonuncu dəfə 9-10 il öncə futbol şərh etmişdim. Hisslərim?! 10 il sonra qayıtmaq necə olar? (gülür) Sosial şəbəkələrdə yazırlar ki, nostalji hisslər yaşayacağıq. Ancaq, ümumi götürəndə şərhçiliklə bağlı zövqlər həmişə müxtəlif olub. İnsanların zövqləri eyni ola bilməz. 100 nəfərin 100-ünün də Elnur Əşrəfoğlunu bəyənməsi mümkün deyil. 50 nəfər bəyənərsə, 50-si bəyənməyə bilər. Əlbəttə ki, şərhçi də bununla razılaşmalıdır və bütün tənqidlərdən nəticə çıxarıb işini daha da peşəkarlaşdırmalıdır. 

İctimai TV-dən belə dəvət gəldi. Verilən dəyərə, dəvətə görə kanal rəhbərliyinə, şəxsən Balaş müəllimə, İdman Departamentinin başçısı Kənan qardaşımıza, eləcə də mənimlə birgə oyunları şərh edəcək Tural Dadaşova təşəkkürümü bildirirəm. Biz də çalışacağıq ki, bu futbol bayramını İctimai TV-nin efirində daha mükəmməl səviyyədə azarkeşlərə çatdıraq". 
 


Elnur bəy Avropa çempionatında hansı komandaları favorit hesab etdiyini də deyib: "Bir neçə top ölkələr var ki, hər Avropa və dünya çempionatı keçiriləndə  favorit hesab olunurlar. Bu gün də elə Fransa, Almaniya, Portuqaliya, İtaliya, İspaniya, Belçika favorit sayılır. Bunlardan üçü - Portuqaliya, Fransa, Almaniya bir qrupa düşüb. Üçünün də pley-offa vəsiqə qazana bilməsi çətin məsələdir. Bildiyiniz kimi, burada ən yaxşı nəticə göstərən 4 üçüncü yeri tutan komanda pley-offa vəsiqə qazanır. Ona görə üçünün də şansı ola bilər. Ancaq bir qədər çətin görünür. Nüfuzlu yarışlarda nəticəyə təsir edən baş məşqçinin taktikası və komandada olan illərin təcrübəsi amilini əsas götürərək İtaliya və Almaniyanın finala yüksəlməyə daha çox şansı olduğunu düşünürəm". 
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2025
19:39

"Komandada həddən çox oyunçu var" - Qvardiola Gündoğandan danışdı

19:00

Ölkə başçısı futbolçu nəvəsindən danışdı

18:23

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

17:58

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazandılar

17:30

Əfsanəvi döyüşçü karyerasını bitirdi - Bakıda açıqlandı

16:56

"Barselona" Şensnı ilə bağlı qərarını verdi -AÇIQLAMA

16:25

"Aris" növbəti transferini razılaşdırdı

15:53

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

15:12

Azərbaycan millisi Avropa çempionatına yollandı

14:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:21

Raşford Yamaldan danışdı - "O, normal biri deyil"

13:50

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ

13:30

"Azərbaycan millisi MDB Oyunlarında uğurlu nəticələr qazanacaq" -Aqil Nəbiyev

12:09

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

11:41

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı - RƏSMİ

11:20

Günün oyunları bu kanallarda - AFİŞA

10:53

Klublararası dünya çempionatı: 2-ci tura yekun vurulur

10:16

Klopp Virtsin "Liverpul"a keçidini şərh etdi

09:42

Mourinyu ilə Mançinininin İtaliya millisinə təyinatını Buffon əngəlləyib - TƏFƏRRÜAT

09:00

Serxio Ramosun komandası Argentina nəhənginə uduzmadı

01:58

Camal Hill Bakıdakı UFC turnirinin əsas döyüşündə Rountriyə yenildi

01:45

"Bu millətə bağlıyam" - Rafael Fiziyev

01:39

Rafael Fiziyev Bahamondesi məğlub etdi

01:04

Klublararası dünya çempionatı: "Borussiya" da çətinliklə qazandı, "İnter" də

00:51

Tofiq Musayevin UFC-dəki debütü uğursuz alındı

00:24

"Məni burada yenmək istəyən tapança ilə gəlməlidir" - Nazim Sadıxov

21 İyun 2025
23:59

Nazim rəqibini nokautla yendi

22:51

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

22:10

Azərbaycan yığması "Airom Cup" turnirində çempion oldu

21:53

Azərbaycan klubunun adı dəyişdirildi

21:22

Azərbaycan seçməsi Avstriyaya uduzdu

20:49

Bakıda UFC turniri start götürdü

20:28

Azərbaycan millisi Moldovanı yendi

19:52

İtaliya nəhəngi İspaniyanın U-21 millisinin futbolçusunu alır

19:15

Azərbaycan millisinin təlim-məşq toplanışı yekunlaşdı

18:54

"Çelsi"nin forvardı İtaliya yolunda - SON DURUM

18:19

Mbappe klublararası DÇ-də növbəti matçı da buraxacaq

17:40

İPL klubu baş məşqçisi ilə müqavilə yenilədi

17:23

Endi Keroll Fransa klubundan ayrıldı

16:37

İspaniya millisinin sabiq üzvü Argentina klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X