AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən İngiltərə - Xorvatiya matçının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə yığmasının hücumçusu Rahim Sterlinq görüşün ən yaxşısı hesab edilib.
Xatırladaq ki, "Mançester Siti”nin üzvü sözügedən qarşılaşmanın yeganə qoluna imza atıb.
Fanat.Az