İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatlarının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, o, bu turnirin ən gənc futbolçusu ünvanını ələ keçirib.
AÇ-2020-nin ilk turunun Xorvatiya ilə qarşılaşmasında meydana çıxan Bellingem 17 yaş 349 günündə olub. Bununla da o, niderlandlı Yetro Villemsin rekordunu (18 yaş 71 gün) yeniləyib.
"Birmingem”in yetirməsi olan Bellingem 2020-ci ilin yayından Dortmund "Borussiya”sında top qovur.
Qeyd edək ki, İngiltərə yığması Xorvatiya üzərində 1:0 hesablı qələbə qazanıb.
Fanat.Az