Bütün dünyanı gözyaşlarına boğan Eriksen danışdı - VİDEO
AVRO-2020-nin Finlandiya ilə oyununda qəfildən huşunu itirən və bütün dünyanı gözyaşlarına boğan Danimarka millisinin üzvü Kristian Eriksen açıqlama verib.
Fanat.Az xəbər verir ki, İtaliyanın "La Gazzetta dello Sport" nəşrinə açıqlama verən futbolçu hazırda vəziyyətinin daha yaxşı olduğunu bildirib. 29 yaşlı yarımmüdafiəçi onun üçün narahat olan hər kəsə təşəkkür edib:
"Hamınıza təşəkkür edirəm, təslim olmayacağam. Nə baş verdiyini anlamaq istəyirəm. Mənim üçün etdiklərinizə görə hamınıza minnətdaram".
Qeyd edək ki, hadisədən sonra ölüm təhlükəsi ilə üz-üzə olan Eriksen ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.