Uels millisinin futbolçusu Qaret Beyl Bakıda isti havadan şikayətlənib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə Avropa çempionatının A qrupunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
"Real Madrid"ə məxsus olsa da, son mövsümü icarə əsasında "Tottenhem"də keçirən 32 yaşlı hücumçu bütün komanda yoldaşları ilə fəxr etdiyini bildirib: "Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindi. Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdı. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq".
Qeyd edək ki, Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyə seçməsinə qarşı keçirəcək.
Fanat.Az