AVRO-2020-nin qrup mərhələsində keçirilən Niderland - Ukrayna görüşündə rekord qeydə alınıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 3:2 hesabı ilə "narıncılar"ın xeyrinə başa çatan görüş ilk hissədə hesab açılmamasına baxmayaraq Avropa çempionatları tarixində ən çox qol vurulan oyun olub. Görüşdə vurulan 5 qol ikinci yarıda vurulub.
Qeyd edək ki, bu komandalar C qrupunda mübarizə aparır. Qrupun digər oyununda Avstriya Şimali Makedoniyanı 3:1 hesabı ilə məğlub edib.
Röya