AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Polşa - Slovakiya matçının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Slovakiya millisinin 26 yaşlı mərkəz müdafiəçisi Milan Şkrinyar sözügedən qarşılaşmanın ən yaxşısı olub.
Qeyd edək ki, oyunu yüksək səviyyədə keçirən Şkrinyar 69-cu dəqiqəsində komandasının qələbə qolunu vurub.
Fanat.Az