Polşa yığmasının qapıçısı Voytsex Şensnı Avropa çempionatları tarixində ilklə yadda qalıb.
Fanat.Az xəbər verir ki, "Yuventus”un 31 yaşlı "çərçivə" qoruyucusu qitə birinciliklərində avtoqol müəllifi olan ilk qolkiper kimi tarixə düşüb.
E qrupu çərçivəsində Slovakiya ilə qarşılaşan Polşa yığması bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Bu qarşılaşmada hesab 18-ci dəqiqədə açılıb. Slovakiya millisinin yarımmüdafiəçisi Robert Makın vurduğu zərbədən sonra top dirəkdən dönərək Şensnıya dəyib və tora daxil olub.
Fanat.Az