Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa çempionatının F qrupunda Almaniya üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "L'Equipe" mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Əla rəqibə qarşı vacib oyun keçirdik. Bir-birimizlə döyüşdük, uğur naminə mübarizə apardıq. Fransa yığması bu çətin görüşdə ikinci qolu vurmağa yaxın idi. Almaniyaya qarşı oynamaq asan olmasa da, üstünlüyümüzdən faydalanmağı bacardıq".
Atilla