15:03 16.06.2021 1072

"Bundan çıxarılacaq ən məntiqli nəticə qrupda sonuncu olacağımızdır" - Türk şərhçi

AVRO-2020-nin qrup mərhələsinin ilk turunda İtaliya ilə qarşılaşan Türkiyə yığması 0:3 hesabı ilə ağır məğlubiyyətə uğradı. Millinin bu çıxışı qardaş ölkənin həm futbol camiəsində, həm ictimaiyyətdə çox müzakirə olundu. 

Bu gün isə "ay-ulduzlular" II turun çərçivəsində Bakıda Uelslə qarşılaşacaq. Bəs bu oyundan nə gözləmək olar? Türkiyə millisi 1/8 finala vəsiqə şansını artırmaq üçün bu matçdan 3 xalla ayrıla biləcəkmi?

Türkiyənin tanınmış idman yazarı Əhməd Çakırla əlaqə saxladıq və millinin AVRO-2020-də çıxışını, qrupda şanslarını dəyərləndirməsini xahiş etdik. 

Əhməd bəy Fanat.Az-a açıqlamasında İtaliya ilə oyundan sonra Türkiyə millisinin tənqid olunması ilə razılaşmadığını bildirdi:
 
"Keçən il püşkatmadan sonra futbol şərhçilərinin Avropa çempionatının favoriti hesab etdiyi millimiz turnirə məğlubiyyətlə başladı. Çempionatın açılış matçında İtaliyadan 3 cavabsız qol buraxdıqdan sonra bu dəfə tərs yöndə yas türküləri oxunmağa başladı. Şenol Günəşin heç bir şey bilmədiyindən tutmuş, qorxaqlığından, aldığı pulun miqdarına qədər, əvvəllər dəfələrlə söylənən sözlər yenidən gündəmə gəldi. Daha əvvəl Fatih Terimdən, bu dəfə isə Mirça Luçeskudan təslim aldığı mirası yediyi kimi boyat sözlər bir daha dövriyyəyə buraxıldı. Bunları izləyib "Dünya bu qədər sürətli dəyişərkən, bizim ölkəmizdə bəziləri heç dəyişmədən necə yaşayır" deyə düşünməmək mümkün deyil. 

Həmişə eyni mövzuları yazıb-danışmaqdan bezməyən geniş bir kütlə var. Əslində onları bir yerə qeyd edib millinin əvvəlki uğurlarını, məsələn Fransanı, Niderlandı udduğu oyunlardan nələr yazılıb-söyləndiyini gündəmə gətirmək daha maraqlı olardı. Şərhçilərin böyük bir qismi illərdir eyni sözləri təkrarlayıb, udanda qəhraman yaradıb, uduzanda xain elan etmək kimi ölçüsüzlük içində olan mövzuları müzakirə edir. Əlbəttə ki, millət də bundan təsirlənir və sosial mediada onlara deyənə bənzər mənasız fikirlər geniş yayılır. İnsanlar milli komanda ilə bağlı çox şey bilmədiklər üçün rahat şəkildə fikir irəli sürürlər. "Futboldan anlayıram" kimi görünmək marağı bu tip mənasız fikirlərin təməlini qoyur". 
 
Əhməd Çakır Türkiyə millsinin FİFA reytinqində hazırki göstəricisi ilə qrupdan çıxmaq şansın az olduğunu qeyd edib: 

"Püşkatmadan sonra əsil deyilməsi gərəkən gerçəklər heç kimin yadına düşmədi. Əslində bərbad, hətta qəbuledilməz püşk çəkmişdik. Bəzilərinin asan rəqib kimi gördüyü, qrupun 4-cü kateqoriya komandası Uels belə bizdən çox irəlidədir. Ancaq qrupumuza məsələn, 54-cü sıradakı Finlandiya, 62-ci yerdəki Şimali Makedoniya, hətta 44-cü Şotlandiya kimi rəqiblərdə düşə bilərdi. Bu da qrupdan çıxmaq şansımızı artırardı. Sıralamada bu gün də vəziyyət dəyişməyib. FIFA-nın reytinqində İtaliya 7-ci, İsveçrə 13-ü, Uels 17-cı sırada qərarlaşıb. Biz isə 29-cü yerdən irəliləyə bilmədik. Bu sıralama kiminsə qara qaşına, qara gözünə görə yazılmır. Bizi sevməmələri, rəqiblərimizdən geri göstərilirik kimi mənasız iddialar səsləndirirlər. Son bir neçə illik dönəmdə etdiklərimiz və edə bilmədiklərimizə görə siyahı tərtib edilir. Bizim edə bildiyimiz budur və bundan çıxarılacaq ən məntiqli nəticə qrupda sonuncu olacağımızdır. Siz istədiyiniz qədər belə edərik, elə edərik deyə öyünsəniz də, rəqəmlərin bizə göstərdiyi gerçəklik budur. 

Xeyir, heç kim bu vəziyyəti qəbul edə bilməz. Heç olmasa bir rəqibimizi üstələyib, ən yaxşı üçüncülərdən biri olaraq qrupdan çıxmalıyıq. Bundan başqa bir fikri mən də düşünmək istəmirəm. Amma reytinq doğrudur və bu, qrupda sonuncu olmaq ehtimalını önümüzə qoyur. Bunu kağız üzərində və ya sözdə rədd etmənin heç bir mənası yoxdur. Sözlə "bunu edəcəyik" deməyin mənası yoxdur, edilməsi gərəkəni meydanda etmək lazımdır". 
 
Futbol mütəxəssisi İtaliya millsi ilə oyunda qeydə alınan nəticənin təəccüblənməli vəziyyət olmadığını vurğulayıb: 

"İtaliya qarşısında düşdüyümüz vəziyyət əlbəttə ki, üzücü idi. Uduzsaq da, daha yaxşısını edə bilərdik. Bacarığımızdan aşağı oyun sərgilədik və ortaya belə vəziyyət çıxdı. Ancaq bunun xaricində İtaliyanın bizi yenməsi elə də təəccüblənməli vəziyyət deyil. Çünki həm 98 illik tariximiz boyunca onları uda bilməmişik, həm də reallıq budur ki, İtaliya uda biləcəyimiz komanda deyil. Hər cəhəttən üstünlükləri əzici səviyyədə idi. Nəfəs almadıq. Edə bilmədik dediklərimizi, onlar imkan vermədilər. 

Əslində Şenol Günəş buna diqqət etməyə çalışdı, amma bir işə yaramadı. Ancaq İtalyanin bizi 3:0 yenməsi təxmin etməyə belə gərək olmayan gerçəklik idi. Meydandan kənarda istədiyiniz qədər öyünün, ora çıxanda boyunuzun ölçüsünü alırsınız. İtaliya qarşısında vəziyyət bu idi. 

Bəli, daha yaxşı mübarizə, təsirli futbol və tutaq ki, 2000-ci ildəki kimi 1:2 hesablı məğlubiyyət bu qədər söz-söhbətin yaranmasının qarşısını ala bilərdi, ancaq nəticə dəyişməyəcəkdi. İtaliya xal hesabı edilə biləcək rəqib deyil. O iş bitti. İndi əsl rəqiblərimiz Uels və İsveçrə qarşısında edəcəklərimizə baxaq. 2016-cı ildəkindən daha pis nəticə ilə evə qayıtma təhlükəmiz böyükdür. Bunun qarşısını necə ala bilərik, ona baş yoraq". 
 
"Düzü, DÇ-2002-də uğur qazanmışdıq, AVRO-2008-də isə möcüzəvi şəkildə qrupdan çıxmışdıq. Bu dəfə bənzər vəziyyətin yaşanmasını diləməkdən başqa edə biləcək bir şey yoxdur. Milli komanda əsl gücü və potensialını qarşıdakı iki oyunda ortaya qoyacaq. Amma alınmaya da bilər. İşi olmayacaq səviyyəyə aparmaq, bizə gələcək üçün bir şey qazandırmır. Üstəlik dünyada futboldan daha önəmli vəziyyətlərin olduğunu Danimarka - Finlandiya oyununda Kristian Eriksenin yaşadığı vəziyyət göstərdi. Futbolda dünyanın ən böyük uğurları belə bir insanın canından daha vacib deyil. Ona görə də televiziya önündə əyləşib çempionatın dadını çıxarın. Buraxın "futboldan yaxşı anlayıram" deyib mənasız fikirlərlə özünüzü zəhərləməyi, əylənməyə davam edin!" 

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X