Avropa çempionatının B qrupunun Danimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılacaq.
Fanat.Az xəbər verir ki, bunu Belçika millisinin hücumçusu Romelu Lukaku "Football Italia" nəşrinə açıqlamasında deyib.
Milan "İnter"inin forvardı bunun qrupun ilk turunun Finlandiya ilə matçında (0:1) huşunu itirərək yerə yıxılan Danimarka yığmasının 10 nömrəli futbolçusu Kristian Eriksenə görə ediləcəyini söyləyib: "Oyun dayandırılan zaman azarkeşlər onu alqışlamaq imkanı qazanacaqlar. Danimarkayla matçın ardından Kristiana mesaj göndərəcəyəm. İndi isə ona vaxt vermək lazımdır. Qoy, ailəsi ilə vaxt keçirsin".
Fanat.Az