Almaniya yığması son 51 il ərzində keçirilən dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edən yeganə komandadır.
Bu barədə Fanat.Az-a tanınmış idman jurnalisti Rasim Mövsümzadə məlumat verib.
"Qızıl top" mükafatının jürisi mütəmadi olaraq dünya və Avropa çempionatlarının final mərhələsində iştirak edən komandaların siyahısını tərtib edib.
Həmin siyahını diqqətinizə çatdırırıq:
Almaniya – 1970-ci ildən
İspaniya – 1994
Fransa - 1996
Portuqaliya - 2000
İngiltərə - 2010
Xorvatiya - 2012
Rusiya - 2012
Belçika – 2014
İsveçrə - 2014
İsveç – 2016
Polşa - 2016
Danimarka – 2018
Röya