Polşa millisinin və "Poqon Şetsin" klubunun yarımmüdafiəçisi Katsper Kozlovski Avropa çempionatında rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İspaniya millisinə qarşı oynayan Kozlovski qitə çempionatları tarixində belə şans qazanan ən gənc oyunçu olub. Katsper 17 yaş 246 günlüyündə debüt edib.
Kozlovski 6 gün əvvəl Xorvatiya ilə oyunda İngiltərə yığmasının yarımmüdafiəçisi Ced Bellingemin müəyyənləşdirdiyi rekordu (17 yaş 349 gün) yeniləyib.
Qeyd edək ki, İspaniya - Polşa görüşü 1:1 hesablı bərabərliklə bitib.
Fanat.Az