Türkiyə Millisinin baş məşqçisi Şenol Güneş İsveçrə (3-1) məğlubiyyətindən sonra media təmsilçilərinin suallarını cavablandırıb.
Fanat.Az "Milliyet"e istinadən xəbər verir ki, baş məşqçi jurnalistlərin "istefa verib-verməyəcəyi" ilə bağlı sualına konkret cavab verməyib. Çalışdırıcı duruma ikibaşlı cavab verməklə yayınmağa çalışıb. Başadüşülən isə odur ki, Şenol Güneş federasıyanın verəcəyi qərarı gözləyir.
Açıqlamanın sözügedən hissəsini təqdim edirik : "Təbii ki, bu uğursuzluqların hesabatı veriləcək. Amma bu hesabat sizə deyil, rəhbərliyə və ya ictimaiyyətə olacaq. Komandanın uğuru və uğursuzluğuna cavabdehlik mənimdir. Uğursuzluğun qarşılığı istefadır, işi buraxıb qaçmaqdır, yoxsa çalışmaqdır? Bunu siz daha yaxşı bilərsiniz".
Aygün